“Sabah” Çempionlar Liqasının əsas mərhələsində “siftə”yə hazırlaşır.
Oyun sentyabrın 10-da əfsanəvi “Old Trafford” stadionunda keçiriləcək.
“Tələbələr” səfərə çarter reysi ilə yollanacaq. Lakin bir yox, iki komanda ilə.
Belə ki, həmin gün “Sabah”ın U-19 kollektivi də İngiltərədə meydana çıxacaq.
Gənclər arasındakı Çempionlar Liqası çərçivəsində 19 yaşa qədər futbolçulardan ibarət komandamız “Mançester Yunayted”in eyni yaş qrupundan olan kollektivi ilə qarşılaşacaq.
Klub RƏhbərliyi maliyyə itkisinə yol verməmək üçün iki komandanı eyni təyyarədə aparmaq qərarına gəlib. Əsas komandanın futbolçularının rahatlığı pozulsa da, indiki məqamda ən uyğun variant budur.
Maraq üçün bildirək ki, “Sabah”ın U-19-u Bakı vaxtı ilə saat 15:00-da, əsas komanda isə 23:00-da meydana çıxacaq.
HƏBİB / SPORTİNFO.AZ
