“Sabah”ın prezidenti: “Püşkdən sonra emosiyalar o qədər güclü idi ki...”

6 Sentyabr 02:10 Sabah 1 010
“Sabah”ın prezidenti: “Püşkdən sonra emosiyalar o qədər güclü idi ki...”

"Sabah" Çempionlar Liqasının əsas mərhələsində sonadək mübarizə aparacaq.

Sportinfo.az xəbər verir ki, bunu "report"a müsahibəsində Bakı təmsilçisinin prezidenti Maqsud Adıgözəlov deyib.

Klub rəhbəri püşkatmadan sonra güclü emosiyalar yaşadıqlarını deyib:

"Açığı, mümkün xalları hesablamaqla məşğul olmamışıq. Püşkatmadan sonra emosiyalar o qədər güclü idi ki, daha çox bizi nələrin gözlədiyinin miqyasını dərk etməyə çalışırdıq.

Xallar və növbəti mərhələyə vəsiqə məsələsinə gəlincə, mövqeyimiz çox sadədir: rəqiblərimizin səviyyəsini çox yaxşı anlayırıq, lakin sonadək mübarizə aparacağıq. Bunun bizə neçə xal qazandıracağını isə gələcək göstərəcək".

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM