"Barselona" başqa yerə getməyəcək, Masazıra gələcək

5 Sentyabr 16:20 Sabah 863
"Barselona" başqa yerə getməyəcək, Masazıra gələcək

UEFA Gənclər Liqasının əsas mərhələsində “Sabah” U-19 komandasının ev oyunlarını keçirəcəyi məkan müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, “bayquşlar” rəqiblərini Masazırdakı “Bank Respublika Arena”sında qəbul edəcək.

Konkret olaraq, Masazıra Çexiyanın “Slaviya” (13 oktyabr), Almaniyanın “Borussiya” (Dortmund)(20 oktyabr) və İspaniyanın “Barselona” (25 noyabr) klubları təşrif buyuracaq.

"Sabah”ın qarşıda “Mançester Yunayted” (10 sentyabr), “Vikinq” (4 noyabr) və “Vilyarreal” (8 dekabr) komandalarına qarşı səfər görüşü var.

Digər Xəbərlər
Xəbər Lenti