“Komandamızın qələbə qazanacağına hədsiz inamım var idi.
“Zirə”ylə oyunda göstərdiyimiz performansdan sonra ümidim daha da artmışdı”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şəfa”nın müdafiəçisi Maudo Jarjue deyib.
Bölgədə baş tutan oyunda paytaxt təmsilçisi “Qəbələ”ni 1:0 hesabı ilə məğlub etməklə hər kəsi təəccübləndirdi.
Vaxtilə “Səbail”in formasını geyinmiş Qambiyadan olan 28 yaşlı mərkəz müdafiəçisi qələbəni haqq etdiklərini etiraf etməklə yanaşı, 3 xalı əldə etmək üçün nələrdən keçdiklərini danışıb:
“Zirə” matçdan sonra yığışıb söhbət etdik, səhvlərimizi gördük və incələdik. Məlum oldu ki, o səhvləri aradan qaldırsaq, yaxşı nəticələr qazana bilərik.
Həftəiçi məşqlərdə səhvlərin aradan qaldırılmasına və taktiki çalışmalara çox vaxt ayırmışdıq.
Əmin idim ki, istədiklərimizi edə bilsək, qələbə bizim olacaq. Əsas tələb olunan kobud səhvə yol verməmək idi.
Fikrimcə, biz bu gün qələbəni haqq edirdik. Çünki üstün tərəf idik. Həm qol vurduq, həm də oyunun çox hissəsində topa nəzarət etdik.
Dəqiq oynasaydıq, hesab arasındakı fərq daha böyük ola bilərdi".
HƏBİB
