Zubirin kiçik qardaşının Azərbaycana gətirdiyi legioner “Sportinfo”ya nə danışdı?

21:20 Hadisə 176
Zubirin kiçik qardaşının Azərbaycana gətirdiyi legioner “Sportinfo”ya nə danışdı?

“Qarabağ”ın əfsanələrindən biri Abdullah Zubirin qardaşı Tarek Zubir xeyli müddətdir menecerliklə məşğul olur.

Fransa, Niderland, Belçika kimi ölkələrdən futbolçuların Azərbaycana gəlməsində yaxından iştirak edən keçmiş futbolçu vaxtilə ölkəmizdə də top qovub.

2022-ci ildə I Liqada çıxış edən “Zaqatala” ilə müqavilə bağlasa da, burada çox duruş gətirə bilmədi. Elə həmin il – 27 yaşında karyerasını başa vurub agent fəaliyyətinə başladı.

Hazırda Premyer Liqada top qovan legionerlərdən bir neçəsi məhz kiçik Zubirin xətti ilə Azərbaycana təşrif buyurub. “Şəfa”nın niderlandlı yarımmüdafiəçisi Dilan Mertens kimi.

Dilan Sportinfo.az-a açıqlamasında Tareklə tamışlığından və ölkəmizə gəlişindən söz açıb:

“Azərbaycana ötən mövsüm “Sumqayıt”da top qovmuş Rayan Senhadjinin xətti ilə gəldim. Rayanla “Fakel”də eyni vaxtda oynamışıq. Rusiyada başlayan dostluğumuz bu günə qədər davam etməkdədir.

Çox yaxşı insan və keyfiyyətli futbolçudur. “Qarabağ”dan ayrılan Abdullah Zubirin qardaşı Tarek Zubir menecerliklə məşğuldur. “Şəfa” futbolçu axtaranda Tarek Rayandan mənim haqqımda bilgilər alıb.

Bura gəlməyi də mənə Tarek təklif etdi. Onların uzun müddətdir bir-birini tanıyırlar. Rayan məni də Zubirlə tanış etdi”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti