Mahir “Nürnberq”i tərk edəcək futbolçular arasında varmı? – Kloze ad çəkdi

14 Yanvar 22:40 Almaniya 1 178
Mahir “Nürnberq”i tərk edəcək futbolçular arasında varmı? – Kloze ad çəkdi

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Nürnberq"dən bu qış ayrılacaq futbolçular bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu barədə Almaniya klubunun baş məşqçisi Miroslav Kloze açıqlama verib.

"Bild" nəşrinə danışan mütəxəssis komandanı tərk edəcək iki futbolçunun adını çəkib. O, yarımmüdafiəçilər Taylan Duman və Benjamin Qollerin komandadan gedəcəyini bildirib.

Baş məşqçi yarımmüdafiəçi Florian Pik və hücumçu Yanni Serranın da getmək ehtimalının olduğunu deyib.

Mahir Emrelinin "Nürnberq"lə müqaviləsi bu ilin iyununa qədərdir.

O, bu mövsüm 2-ci Bundesliqa klubunun heyətində bütün turnirlərdə 13 oyunda meydan çıxıb, 4 qol vurub və 1 qolun ötürməsini edib. Mahir son 6 rəsmi matçda fərqlənə bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!