"Yalnız 20 ildən sonra biz bunu anlayacağıq" - Noyeri Messi qədər önəmli sayır

19 Aprel 01:40 Almaniya 235
"Yalnız 20 ildən sonra biz bunu anlayacağıq" - Noyeri Messi qədər önəmli sayır

“Bayern”in və Almaniya yığmasının sabiq hücumçusu Mario Qomes Manuel Noyer haqqında fikirlərini bildirib.

Sportinfo.az “Bild”-ə istinadən xəbər verir ki, Almaniya yığmasının keçmiş futbolçusu, Noyeri futbola verdiyi önəm baxımından Lionel Messi ilə bərabər hesab etdiyini söyləyib:

“Mən Noyeri futbola verdiyi önəm baxımından Messi ilə bərabər hesab edirəm.

Bu qapıçının idmanımızda nə qədər inqilab etdiyini dərk edib-etmədiyimi də bilmirəm. Yalnız 20 ildən sonra biz bunu anlayacağıq”.

Noyerin qapısını qoruduğu “Bayern” Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Arsenal”ı məğlub edib (1:0).

38 yaşlı almaniyalı qolkiper Çempionlar Liqasında karyerasında 58-ci dəfə qapısını toxunulmaz saxlayıb. O, bu göstərici üzrə yeni rekordçu olub.

Digər Xəbərlər
Xəbər Lenti