"Bizim üçün 2 milyon avro nədir ki? Onlar sağacağımız inək deyil"

19 Fevral 10:20 Almaniya 401
"Bizim üçün 2 milyon avro nədir ki? Onlar sağacağımız inək deyil"

“Bayern”in fəxri prezidenti Uli Höness maraqlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Höness bilet qiymətlərinin artırılmasının doğru olmadığını bildirib:

“Bilet qiymətlərini 120 avrodan yüksək edə bilərik. Tutaq ki, 300 avroya qaldırdıq. 2 milyon avro daha çox gəlir əldə edəcəyik.

Amma bizim üçün 2 milyon avro nədir ki? Bir transferə görə bu məbləğ haqda 5 dəqiqə müzakirə apararsız.

Ancaq 120 avro ilə 300 avro arasındakı fərq azarkeşlər üçün çox böyükdür. Azarkeşlər sağacağımız inək deyil. Futbol hər kəs üçündür”.

Digər Xəbərlər
Xəbər Lenti