COP29

İdman direktoru ilə yeni müqavilə imzaladı - “Qarabağ”ın rəqibi

29 Noyabr 2023 10:20 Almaniya 291
İdman direktoru ilə yeni müqavilə imzaladı - “Qarabağ”ın rəqibi

“Bayer” (Leverkuzen) idman direktoru Simon Rolfeslə yeni müqavilə imzalayıb.

Sportinfo.az xəbər verir ki, Rolfeslə müqavilənin müddəti 2028-ci ilin iyununa qədər uzadılıb.

41 yaşlı Rolfes 2005-2015-ci illərdə futbolçu kimi Leverkuzen təmsilçisində çıxış edib, sonra karyerasını başa vurub.

2018-ci ildə keçmiş yarımmüdafiəçi akademiyada məşqçi vəzifəsini icra etmək üçün Leverkuzen klubuna qayıdıb. O, 2022-ci ildən klubun idman direktoru vəzifəsində çalışır.

“Bayer” “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"