Darmadağın etdi, “Bavariya”nı yenidən qabaqladı - VİDEO

19 Mart 2023 00:20 Almaniya 359
Darmadağın etdi, “Bavariya”nı yenidən qabaqladı - VİDEO

Almaniya Bundesliqasında XXV turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan “Borussiya” “Köln”lə üz-üzə gəlib.

Görüş dortmundluların qələbəsi ilə başa çatıb - 6:1.

Sebastyan Alle və Marko Roysun dubl etdiyi matçda “Borussiya”nın digər qollarını Donyel Malen və Rafael Qerreyru vurub.

“Köln”ün təsəlli qoluna Deyvi Selke imza atıb.

Qələbə sayəsində xallarını 53-ə çatdıran “Borussiya” “Bavariya”nı geridə qoyaraq, liderliyi ələ keçirib. Bir oyun az keçirən Münhen klubunun 52 xalı var.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"