“Belə durumda bizdən başqa heç bir klub nə edəcəyini daha yaxşı bilməz”

25 Fevral 22:00 Almaniya 193
“Belə durumda bizdən başqa heç bir klub nə edəcəyini daha yaxşı bilməz”

“Bayern”in icraçı direktoru Oliver Kan Almaniya Bundesliqasının turnir cədvəli haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, daxili çempionatında “Bayern”in çox xal itirdiyini bildirib:

“Almaniya çempionatında çox xal itirmişik. Biz bunu aradan qaldırmalıyıq. Futbolçular “Bayern”in kim olduğunu göstərməlidirlər.

“Union Berlin”lə qarşılaşma bunun üçün mükəmməl şansdır. Belə durumda “Bayern”dən başqa heç bir klub nə edəcəyini daha yaxşı bilməz”.

Münhen təmsilçisi hazırda Almaniya çempionatının turnir cədvəlində vurduğu qolların sayına görə 43 xalla liderdir.

“Borussiya” (Dortmund) ilə “Union Berlin” də eyni xal toplayıb və müvafiq olaraq iki-üçüncü pillələrdə qərarlaşıblar.

Digər Xəbərlər
Xəbər Lenti