
"Bolonya" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi "Bavariya"nın hücumçusu Coşua Zirkzeeni transfer edib.
21 yaşlı forvardla 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. İtalyanlar bu keçid üçün Münhen təmsilçisinə 8 milyon avro təzminat ödəyib.
Coşua Zirkzee "Bavariya"ya 2017-ci ildə "Feyenoord"dan transfer olunub. Niderlandlı qolçu son mövsümü icarə əsasında "Anderlext"də keçirib.
O, Belçika klubunun heyətində meydana çıxdığı 47 matçda 18 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.