Yeni mövsüm üçün ikinci transfer - Yığmanın müdafiəçisi ilə anlaşdılar

5 May 2022 10:20 Almaniya 750
Yeni mövsüm üçün ikinci transfer - Yığmanın müdafiəçisi ilə anlaşdılar

“Borussiya” (Dortmund) yeni mövsüm üçün növbəti transferini rəsmiləşdirib.

Sportinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Frayburq”un futbolçusu Niko Şlotterbeki heyətinə qatıb.

Bu barədə Dortmund klubunun rəsmi saytı məlumat yayıb. Almaniya millisinin müdafiəçisi ilə 2027-ci ilin iyununa kimi müqavilə imzalanıb. Müqavilə bu mövsüm başa çatdıqdan sonra qüvvəyə minəcək.

“Borussiya” bundan əvvəl yeni mövsüm üçün “Bayern”dən Niklas Süleni transfer etdiyini açıqlamışdı.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da
13 Sentyabr 02:00 Kamran Quliyev hara getdi?