Levandovski “Bavariya”dan ayrılmaq istəyir, lakin…

12 İyun 2021 21:40 Almaniya 1 165
Levandovski “Bavariya”dan ayrılmaq istəyir, lakin…

Polşalı hücumçu Robert Levandovski “Bavariya”nı tərk edə bilər.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı futbolçu özünü yeni klubda sınamaq istəyir.

Bu barədə AS nəşri məlumat yayıb. Levandovski yayda yeni çağırış üçün klubunu dəyişmək niyyətindədir.

“Bavariya” rəhbərliyi isə Levandovskini satmaq niyyətində deyil. Hücumçunun klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Almaniya mətbuatının xəbərinə görə, Levandovski ilə İngiltərə klubları yaxından maraqlanır.

Digər Xəbərlər
Xəbər Lenti