Əkiz qardaşlar müqaviləni uzatmadılar, 32 yaşında futboldan getdilər

24 May 2021 01:38 Almaniya 1 580
Əkiz qardaşlar müqaviləni uzatmadılar, 32 yaşında futboldan getdilər

“Bayer”in futbolçuları Lars və Sven Bender qardaşları karyeralarını başa vurublar.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı əkizlər klubla müddəti bitən müqavilələrini yeniləməyiblər.

Onlar birgə qərar əsasında karyeralarını başa vurublar. Bundesliqanın sonuncu - 34-cü turunda Dortmund "Borussiya"sı ilə dünən keçirilən görüş (1:3) onların sonuncu oyunu olub.

Almaniya millisinin sabiq üzvü olan qardaşlardan Lars 2009, Sven isə 2017-ci ildən Leverkuzen təmsilçisində çıxış edirdi.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"