COP29

Azərbaycanda 30 qol vuran hücumçu kimdir? - VİDEO+FOTOREPORTAJ

13 May 17:40 II Divizion 3 394
Azərbaycanda 30 qol vuran hücumçu kimdir? - VİDEO+FOTOREPORTAJ

II Liqanın XXIII turunda "Şəfa" Binədə "Şahdağ Qusar"ı qəbul edib.

Qarşılaşma şimal bölgəsi təmsilçisinin 4:0 hesablı qələbəi ilə başa çatıb.

Elə ilk dəqiqələrdən ehtimal etmək olardı ki, 90 dəqiqə bolqollu keçəcək. Qapısında dörd qol görməsinə baxmayaraq,

«Şəfa»nın iddialı rəqibinə asanlıqla təslim olduğunu söyləməməliyik. Elşad Məmmədovun çalışdırdığı komanda zaman-zaman qonaqların müdafiə xəttini yardı, qapıçının sayıqlığını yoxladı, top tirdən döndü.

Amma küləyin sürəti kimi, «Şahdağ»ın hücumlarının təzyiqi öz işini gördü. Maraqlı qollar vuruldu.

Salman Altuxanovun başının arxasıyla hesabı açmasını, Famil Camalovun qapıçının qoltuğunun arasından tora daxil olan zərbəsini qeyd etməliyik.

Həmçinin çempionatın bombardiri Tural Qürbətovun dubla imza ataraq, ümumi qol sayını 30-a çatdırmasını xatırladaq.

Xallarını 51-ə yüksəldən "Şahdağ Qusar" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 17 xalı olan "Şəfa" isə 13-cü yerdədir.

SPORTİNFO.AZ

Binə qəsəbə stadionu. 20 tamaşaçı
Baş hakim: Şamil İmanzadə
Baş hakimin köməkçiləri: Kərim Zeynalov, Orxan İbişov
Dördüncü hakim: Murad Səlimov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Sarı vərəqələr: Fuad Cahangirli, 33 (qeyri-idman hərəkəti); Ramiz Qasımov, 51, 63 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Ramiz Qasımov, 63
Qollar: Salman Atluxanov, 14; Tural Qurbatov, 27, 34 (p.); Famil Camalov, 75
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 1 dəq.

“Şəfa”

22. Uğur İbrahimov (k)
(1. Fərrux Əzizov, 77)
3. Mehman İbadov
23. Nicat Abbasov
(9. Murad Mehdiyev, 77)
10. İlkin Mikayılov
19. Elgün Məhərrəmov
30. Emil Məmmədov
(99. Əli Əliyev, 63)
44. Ramiz Qasımov
8. Fərid İslamzadə
(5. Emin Məhərrəmli, 50)
4. Loğman Əliyev
66. Fuad Cahangirli
(11. Cavanşir Tahirov, 63)
17. Rəhim Nağıyev
Ehtiyat oyunçular:
77. Nəbi Nəbizadə
20. Elşən Mirzəzadə
Baş məşqçi: Elşad Məmmədov

“Şahdağ Qusar”

12. Rafiq Kərimov
14. Rahid Əmirquliyev (k)
8. Fərman Qənbərov
11. Tural Qurbatov
7. Salman Atluxanov
(16. Denis İsmixanov, 79)
44. Afin Bağırov
97. Kənan Mirzəliyev
(30. Ruslan Kiçibəyov, 88)
9. Famil Camalov
(10. Fuad Məmmədzadə, 88)
20. Mehman Məsimov
(88. Mehdi Rəsulov, 66)
21. Ruslan Ağalarov
(19. Samir Şixzadayev, 79)
71. Cavid Quliyev
Ehtiyat oyunçular:
1. Babək Allahverdiyev
3. Əlimirzə Daşzərini
77. Elmin Əskərli
17. Coşqun Qorçiyev
4. Rubin Seyidov
Məşqçi: İlkin Hacıxanov

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!