COP29

II Liqa: Sensasiya olmadı

15 Aprel 19:20 II Divizion 654
II Liqa: Sensasiya olmadı

II Liqada 21-ci tura strat verilib.

Sportinfo.az xəbər verir ki, bu gün 4 matç keçirilib.

"Bakı Sportinq" Binədə "Kürmük Qax"ı 5:1 hesabıyla darmadağın edib. “Füzuli” isə Lənkəranda “Lerik”ə 5 cabasız qol vurub.

"Şəki” dogma rayonda "Göygöl"ü üstələyib - 2:0. "Şahdağ Qusar" da "Şəmkir"ə qalib gəlməyə çətinlik çəkməyib.

"Şahdağ Qusar" - "Şəmkir" - 3:1
Qollar
: Famil Camalov, 33, 49, Tural Qurbatov, 35 - Məzahir Əhmədov, 60

"Bakı Sportinq" - "Kürmük Qax" - 5:1
Qollar
: Hakan Həsənov, 17, Elgün Abbaslı, 34, 78, Elməddin Hüseynzadə, 45, Röyal Nəcəfov, 57 - Revazi Otaraşvili, 45

"Lerik" - "Füzuli" - 0:5
Qollar
: Elvin Nəsibov, 19, 45+1, 84, 84, Ceyhun Cavadov, 90+2
Qırmızı vərəqə: Valid Yusubzadə, 88 ("Lerik")

"Şəki Siti" - "Göygöl" - 2:0
Qollar
: Tural Məmmədzadə, 25, Ramin İsmayılov, 63

N Klublar O Q H M T-F X
1 Baku Sportinq 21 15 4 2 53-21 49
2 Füzuli 21 13 7 1 47-23 46
3 Şahdağ Qusar 21 13 5 3 61-18 44
4 Cəbrayıl 20 14 1 5 67-33 43
5 Qusar 20 12 2 6 46-27 38
6 Sheki City 21 10 5 6 38-28 35
7 Kür-Araz 20 9 2 9 44-33 29
8 Göygöl 21 9 2 10 39-45 29
9 Dinamo 20 7 3 10 40-53 24
10 Ağdaş 20 5 5 10 22-36 20
11 Lerik 21 4 4 13 29-53 16
12 Şəmkir 21 4 1 16 24-58 13
13 Şəfa 20 4 1 15 24-64 13
14 Kürmük Qax 21 3 2 16 21-63 11

Bombardirlər:

Tural Qurbatov ("Şahdağ Qusar") - 24 qol
Elvin Nəsibov ("Cəbrayıl", "Füzuli") - 21 qol
Vüqar Əşrəfli ("Göygöl", "Qusar") - 18 qol
Ülvi Quliyev ("Baku Sportinq") - 15 qol
Röyal Nəcəfov ("Baku Sportinq") - 14 qol
Valeh Seyidov ("Dinamo") - 13 qol

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!