Yeni baş məşqçi və digərləri üçün… II Liqanın oyunlarından CANLI YAYIM

2 Aprel 13:50 II Divizion 447
Yeni baş məşqçi və digərləri üçün… II Liqanın oyunlarından CANLI YAYIM

II Liqada 19-cu turun oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün daha 3 matç keçiriləcək.

Bəhram Şahquliyevlə yolları ayıran «Şahdağ» Əlimirzə Daşzərininin rəhbərliyi altında ilk oyununa çıxacaq.

Qusar təmsilçisi yeni baş məşqçi ilə «Lerik»i məğlubiyyətə uğratmağa çalışacaq. Qusarın eyniadı klubu isə digər iddialı «Kür-Araz»la münasibətlərinə aydınlıq gətirəcək.

«Şəfa» - «Kürmük» qarşılaşmasına gəlincə, Binədə baş tutacaq görüş autsayderlər qrupunu yaxından maraqlandırır.

“Qusar” – “Kür-Araz”
Hakimlər: Rövşən Rəcəbov, Zakir Şükürzadə, Rəhman Aslanov, Vüqar Həsənli
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Kapital Bank Arena” (ehtiyat meydança), 14:00

“Şahdağ Qusar” – “Lerik”
Hakimlər: Murad Səlimov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, İrşad Aydınov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Şamaxı OİK stadionu, 15:30

“Şəfa” – “Kürmük Qax”
Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Asif Abdullayev, Xalid Quliyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elman Musayev
Binə qəsəbə stadionu, 15:30

Digər Xəbərlər
Xəbər Lenti