COP29

Klub prezidentindən ŞOK AÇIQLAMA: "AFFA bunu araşdırsın"

4 May 11:20 I Divizion 2 036
Klub prezidentindən ŞOK AÇIQLAMA: "AFFA bunu araşdırsın"

I Liqanı tərk edəcək komanda bəlli olub.

24-cü turda "Qaradağ Lökbatan"a uduzan (1:3) "Araz Saatlı"nın sonuncu olacağı rəsmiləşib.

Saatlı təmsilçisi sona 3 tur qalmış 10 xalla 10-cu pillədə qərarlaşıb. 9-cu pillədəki "Difai Ağsu"nun isə 20 xalı var.

"İrəvan"a uduzan (1:3) MOİK-in isə çempionluq şansı bitib. Hazırda ordu klubunun 42, lider "Qaradağ Lökbatan"ın isə 52 xalı var.

Mövsümün sonuna 3 tur qalmış "Qaradağ Lökbatan"ın çempionluq yolundakı əsas rəqibi "Şamaxı"dır. Bu komandalar mayın 16-da 26-cı turun oyununda üz-üzə gələcəklər.

Ötən mövsüm Premyer Liqanı tərk edən "Şamaxı" hazırda 48 xalla 2-ci sıradadır. Üçüncü pillədə qərarlaşan "İmişli"nin isə aktivində 46 xalı var.

Reqlamentə görə, I Liqanın qalibi yeni mövsümdən Premyer Liqada, yarışın sonuncusu isə 2-ci liqada mübarizə aparmalıdır.

Lakin "Araz Saatlı" hələ də ümid edir ki, AFFA onları I Liqada saxlayacaq. Klubun prezidenti Ədalət Abdullayev bu haqda Sportinfo.az-a aşağıdakıları söyləyib:

«Reqlament deyiləndə, yalnız sonuncu yeri tutan komandanın aşağı liqaya göndərilməsi nəzərdə tutulmur. Bəziləri belə fikirləşir ki, reqlament 10-cu pillədə olanın çempionatı tərk etməsindən ibarətdir.

Əslində isə burada bir çox amillər əsas götürülür. Məsələn, iştirakçıların AFFA və PFL tərəfindən qoyulmuş qaydaları mövsüm ərzində sistematik olaraq pozması kimi.

«İrəvan» dəfələrlə bu kimi hallara yol verib. Onlar bir səfər oyununa getməyib, bir dəfə də texniki məğlubiyyət alıblar.

Həmçinin 4 futbolçusu oyun alqı-satqısına görə cəzalandırılıb. Yəqin ki, AFFA onların məsələsinə baxacaq.

Biz ədalətli yanaşma istəyirik. Bu cür halların araşdırılması lazımdır.

Saatlı rayonu 81 il əvvəl yaradılıb. Ötən illər ərzində rayonda peşəkar futbol klubu fəaliyyət göstərməyib.

«Araz Saatlı» ilk belə klubdur. Birinci Liqada ilk mövsümü keçirdiyimiz üçün nəticələrin bu cür olmasını faciə kimi qarşılamırıq.

İndi müəyyən təcrübə topladıq və işimizi hansı istiqamətdə quracağımızı bildik. AFFA mövcud vəziyyəti qiymətləndirib komandamızı liqada saxlasa, gələn mövsüm daha yaxşı çıxış etməyə çalışacağıq».

Digər Xəbərlər
Xəbər Lenti