"Maddi imkanım olsa da, yeni klub yaratmaram" - BİZNESMEN

30 Aprel 2017 15:00 I Divizion 1 156
"Maddi imkanım olsa da, yeni klub yaratmaram" - BİZNESMEN

"Bir biznesmen olaraq şəxsi klub yaratmağa gücüm çatırmı? Bu, başqa mövzudu, futbola aid məsələ deyil, ona görə də cavab vermək istəmirəm. Allah hamının köməyi olsun, biz də içində. Tanrı bizə elə güc versin ki, futbola daha çox köməyimiz dəysin. Sözün düzü, o imkanım olsa, yeni klub yaratmaram. Getsəm və nəvaxtsa dönmək istəsəm, yenə hazırkı klubuma dönərəm".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in icraçı direktoru Yusif Həsənov deyib. 3 il öncə futbol ailəsinə qoşulan iş adamı bir sıra sahələr üzrə biznes layihələri həyata keçirdiyini xatırladaraq qeyd edib ki, şəxsi biznesdən nə qədər qazandığını açıqlamağa borclu deyil:

"Son günlər "Səbail" və mənim haqqımda mətbuatda çoxlu xəbərlər yayılır. Bunlar mənə qəribə gəlir. "Səbail" doğma klubumdu. İstəsəm, qalaram. İstəməsəm, gedərəm. Nəyə gücümün çatıb-çatmadığını özüm yaxşı bilirəm. Bu klubda bir rəhbər şəxs yoxdu ki, onunla münasibətim pis olsun.

Yeni biznes proyektlərinə görə, güman edirəm ki, futbola vaxt ayırmaq çətin olar mənə. Fəaliyyətim dövründə heç bir səhvə yol verməmişəm. Bir yerdə gördüyümüz iş ortadadı. "Səbail" birinci divizionda gümüş medal qazanıbsa, deməli, bunda bizim də əziyyətimiz var. Yaxşı olar ki, haqqımda yayılan xəbərlərə inanmayasız".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti