"Şəmkir"dən vida: "Zəng vurmadığımız futbolçular gəlməsin"

29 Aprel 2017 18:00 I Divizion 1 693
"Şəmkir"dən vida: "Zəng vurmadığımız futbolçular gəlməsin"

I Dvizionda mövsümü 46 xalla 6-cı pillədə başa vuran "Şəmkir" istirahətə buraxılıb. Sportinfo.az-ın məlumatına görə, klubun prezidenti Elvin Səfərli futbolçularla vida görüşündə plaqlaşdırdığı bəzi yeniliklərin anonsunu verib:

"Mayın 1-də hamınız Bakıdakı ofisimə gəlin. Son iki ayın maaşını həmin gün sənədə qol çəkib götürərsiz. Məqsədimiz ilk 2 yerdən birini tutub, Premyer Liqaya birbaşa vəsiqə qazanmaq idi. Bunu edə bilməsək də, istəyirəm ki, hamınız haqqınızı mənə halal edəsiz.

Komandaya yeni məşqçi korpusu gələcək. Biz "Şəmkir"i daha da gücləndirəcəyik. Burda kiim qalacaqsa, özümüz oturub müəyyənləşdirəcəyik. Zəng vurub onlara deyəcəyik. Zəng vurmadığımız futbolçular bura gəlməsin".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti