Əsgər Abdullayevlə Vaqif Sadıqovun "torba"lıq öpüşməsi

29 Aprel 2017 16:36 I Divizion 775
Əsgər Abdullayevlə Vaqif Sadıqovun "torba"lıq öpüşməsi

Əsgər Abdullayevlə Vaqif Sadıqovun şəklini gördüm, yadıma düşdü.

Tələbə idik onda. Sumqayıta, dostum Vusalgilə qonaq getmişdim. Yeyib içdiyimiz özümüzün olsun, sizə danışım nədən?!

Oturduğumuz yerdə birdən yadımıza düşdü ki, bu gün "Gənclərbirliyi"nin oyunu var (onda Sumqayıtda belə bir komanda var idi). Getdik stadiona, allaha şükür bizim stadionlarda da boş yer sarıdan korluq olmur, bəyəndik bir yer, rahatlandıq, oyuna baxırıq.

Təsadüfən gözüm sataşdı, bizdən iki sıra aşağıda Vaqif Sadıqov əyləşib təkcə, oyunu izləyir.

Zaman o zaman idi ki, Vaqif müəllimin adı "Gənclərbirliyi"nin vitse-prezidentliyi postunda hallanırdı, ancaq təyinat rəsmiləşməmişdi. Fasilədə yaxınlaşdım yanına, salam verdim, tələbə olduğumu və bir az söhbət eləmək istədiyimi dedim, razılaşdı.

Söhbətə birbaşa Lixtenşteyn məğlubiyyəti ilə başladıq. Düşmüşəm üstünə ki, siz belə, siz elə, komanda uduzdu, istefa vermədiniz, ondan sonra komandanı Kiprdə başlı-başına qoyub qaçdınız, zad...

Kişi də bir az cavab verdi, axırda dedi ki, bala bir dəqiqə dayan. Sən deyəsən futbola çox baxırsan, ancaq çox şeyi də bilmirsən. Mənim özümə haqq qazandırmaq niyyətim yoxdu, ancaq onu deyim ki, həyatımın hər periodunda bir dəfə "torba" tikiblər mənə.

Elə o Kiprdə də, sonralar da. Hamının sevimlisi Əhməd Ələsgərovdan tutmuş otel müdirinə qədər hamı ayağımın altını qazıb.

Çox sonralar bildim ki, "otel müdiri" deyəndə Əsgər Abdullayevi nəzərdə tuturmuş.

P.S. Söhbət olub 2005.ci ildə, səhv etmirəmsə. Yəqin ki, hansısa bir tələbə ilə söhbəti Vaqif müəllim xatırlamaz, ancaq Vüsal xatırlayar.

Zaur Xudiyev

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti