"Qaradağ"ın prezidentindən ŞOK açıqlama: "Hakimlər kimə arxayındı? Qorxmurlar?"

28 Aprel 2017 14:48 I Divizion 1 288
"Qaradağ"ın prezidentindən ŞOK açıqlama: "Hakimlər kimə arxayındı? Qorxmurlar?"

I Divizionda mövsüm dünən "bağlı" elan edildi. "Turan Tovuz" çempionluğunu öncədən təmin eləmişdisə, ötən gün gümüş və üçüncü pillənin sahibləri məlum oldu. "Səbail" Bayılda "Bakılı"nı 7:1 hesabı ilə məğlub edərək, 57 xalla 2-ci yeri tutdu. Üçüncü pillənin taleyi isə Tovuzda və Şəmkirdə müəyyənləşdi. "Ağsu" "Şəmkir"lə qolsuz bərabərliyə qalaraq, 53 xalla 3-cü pilləyə yüksəldi.

"Turan"ın Tovuzda "Qaradağ Lökbatan"ı 2:1 yenməsi nəticəsində. Beləliklə, "Turan Tovuz", "Səbail" və "Ağsu" I Divizionda ilk 3 yeri özəlləşdirdi. Reqlamentə əsasən, onlar gələn mövsüm Premyer Liqada iştirak hüququna yiyələniblər. Bu qələbə sayəsində xalını 57-ə çatdıran "Səbail" 2-ci pillənin sahibi kimi elitaya vəsiqə qazanıb.

Tovuzdakı qarşılaşmanın müqəddəratını hakimlər müəyyənləşdirib. Belə ki, Rəhman Musayev 65-cı dəqiqədə olmayan penaltini dəqiq yerinə yetirərək, qonaqların məğlubiyyətinin əsasını qoyub. Referi Ramil Diniyev köməkçisi Elşən Acalovun təkidi ilə QL-nın qapısına penal təyin edib ki, "Turan"ın hücumçusu həm bu epizodda, həm də 75-ci dəqiqədə fərqlənib. Lökbatan təmsilçisi 78-ci dəqiqədə Rüfət Məmmədovla fərqi azaltsa da, bundan artığına gücü çatmayıb. Çünki Acalov bunadək komaqdanı psixoloji cəhətdən çökdürüb, onlarda nəticəyə inamı yox edib.

"Qaradağ"ın prezidenti Tahir Mustafayev Sportinfo.az-a açıqlamasında məhz hakimlərin bürünc medal qazanmalarına imkan vermədiyini bildirib: "Klubumuz divizionun iddialılarından biridi. Ötən illərdə olduğu kimi, bu mövsüm də medallar uğrunda mübarizə aparırdıq. Ən azından bürünc medalı qazanmaq haqqımız idi. Elşən Acalov Tovuzda ilboyu çəkdiyimiz əziyyəti bir hərəkəti ilə yerə vurdu.

"Qaradağ Lökbatan"dan 40 nəfər öz ailəsinə çörək aparır, yan xətt hakimi bir dəfə bayrağını səhvən yuxarı qaldırıb, hamını pis vəziyyətə qoydu. Qapımıza təyin olunan penalti, sadəcə, gülməlidi. Dünyanın futbol tarixinə düşəcək biabırçı bir hadisədi bu. Stadionda olanlardan soruşsaz, bir nəfər deməz ki, penalti düz idi. Acalovun oyuna təyin atdığını bilən kimi demişdim ki, komandamızı "yıxacaq". Mən onu yaxşı tanıyıram, birinci dəfə deyil ki, "Qaradağ Lökbatan"a qarşı belə qərəzli davranır.

Mən bu adamı təhqir etmək istəmirəm. Vicdanı varsa, qoy, onun qarşısında hesabat versin. Bu qərəzin arxasında kimlərsə, nələrsə dayanır. Bilmirəm hakimlər publikadan qorxdu, kimdən çəkindi, hər halda "Qaradağ Lökbatan"ı qəsdən uduzdurdular. Bu mövsüm başımız hakimlərdən çox çəkdi. əksər oyunlarda xalllarımızı əlimizdən aldılar. Hər dəfə diski götürüb gedirdim AFFA-ya, hakimə yüz cür haqq qazandırırdılar.

Dünən özləri də gördü ki, bu hakimliyə bəraət vermək olmaz. Əgər çempionatın mərkəzi oyununda hakimlik qərəzli olubsa, görün, əvvəlki turlarda bunlar nə ediblər! Vallah, dünəndən bu yana əsəbdən özümüzə gələ bilmirik. Komandanı oyundan sonra Bakıya yola saldım, biz hələ indi Gəncədən qayıdırıq. Mən və 4 dostum bu hadisədən necə pis olmuşuqsa, heç birimiz maşın sürə bilmədik.

"Qaradağ"a yaxşı futbolçular yığmışıq, yaxşı oyun göstəririk. Komandamız təsadüfən bu səviyyəyə gəlib çatmayıb. "Qaradağ" normal təminatı və şəraiti olan klubdu. Bu kluba yüksək səviyyədə baxılır. Yaxşı futbolçuya yaxşı pul verirsən, pisə pis. "Şəmkir" - "Ağsu" oyunu barədə danışmaq istəmirəm. Məni Tovudakı hakim biabırçılığı yandırır. Belə özbaşnalıq olar? Hakimlər kimə arxayındı? Qorxmurlar? "Qaradağ"ı hər dəfə uduzdurmağa çalışmaqla kimlərin dəyirmanına su tökürlər? Bəzi qüvvələrin marağında idi ki, komandamız mükafatçılar sırasında yer almasın. Haqqımızı onlara halal etmirəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti