Premyer Liqaya vəsiqə qazanan 2 klub məlum oldu

27 Aprel 2017 18:12 I Divizion 1 747
Premyer Liqaya vəsiqə qazanan 2 klub məlum oldu

Bu gün I Divizionda mövsümə yekun vurulub. Gümüş və üçüncü pillənin sahibi son turda məlum olub. Sportinfo.az xəbər verir ki, "Səbail" Bayılda "Bakılı"nı 7:1 hesabı ilə məğlub edərək, 57 xalla 2-ci yeri tutub. Üçüncü pillənin taleyi isə Tovuzda və Şəmkirdə müəyyənləşib. "Turan Tovuz" "Qaradağ Lökbatan"ı 2:1 hesabı ilə yenib.

"Ağsu" isə "Şəmkir"lə qolsuz bərabərliyə qalaraq, 53 xalla 3-cü pilləyə yüksəlib. Beləliklə, "Turan Tovuz", "Səbail" və "Ağsu" I Divizionda ilk 3 yeri tutub. Reqlamentə əsasən, onlar gələn mövsüm Premyer Liqada iştirak hüququna yiyələniblər. Bu qələbə sayəsində xalını 57-ə çatdıran "Səbail" 2-ci pillənin sahibi kimi elitaya yüksəlib.

“Şəmkir” - “Ağsu” 0:0

MOİK - “Göyəzən” 6:1
(Bilal Abbaszadə, 7, 37; Orxan Həsənov, 11 (p.); Emin Quliyev, 29; Cavidan Şükürov, 81; Qərib İbrahimov, 85 // Orxan İsmayılov, 51 (p.))

“Bakılı” - “Səbail” 1:7
(Elvin Hacızadə, 53 // Bayram Budaqov, 15; Saşa Yunisoğlu, 40; Ramazan Abbasov, 45 (p.); Orxan Səfiyaroğlu, 59, 71, 80; Orxan Qurbanlı, 69)

“Mil-Muğan” - “Energetik” 8:1
(Viqar Əlibabayev, 6; Raul Yaqubzadə, 16, 27, 66; Bayram Əliyev, 37, 46; Elxan Məmmədov, 40; Elsevər Bəkirzadə, 86 // Rural Məmmədzadə, 89 )

“Turan Tovuz” - “Qaradağ Lökbatan” 2:1
(Rəhman Musayev, 65 (p.), 70 // Rüfət Məmmədov, 78)

N Klublar O Q H M T-F X
1 Turan Tovuz 26 18 7 1 62-11 61
2 Səbail 26 18 3 5 80-25 57
3 Ağsu 26 16 5 5 63-21 53
4 Qaradağ Lökbatan 26 17 1 8 64-31 52
5 Zaqatala 26 15 4 7 69-31 49
6 Şəmkir 26 15 3 8 41-20 48
7 Mil-Muğan 26 13 5 8 53-33 44
8 MOİK 26 10 6 10 47-31 36
9 Şahdağ 26 8 6 12 36-45 30
10 Şərurspor 26 7 4 15 36-54 25
11 Energetik 26 5 5 16 25-86 20
12 Bakılı 26 3 2 21 30-99 11
13 Rəvan 26 6 1 19 24-70 10
14 Göyəzən 26 2 4 20 20-99 10

Oruc Balaşlı ("Zaqatala") - 27 qol
Rəhman Musayev ("Turan Tovuz") - 23 qol
Rüfət Məmmədov ("Qaradağ Lökbatan") - 22 qol


Qeyd: FIFA tələbinə əsasən "Rəvan"ın aktivindən 9 xal silinib.
FIFA tələbinə əsasən "Rəvan" və "Şərurspor" klubları 20-ci turdan etibarən çempionatdan kənarlaşdırılıb. İntizam Komitəsinin qərarına əsasən növbəti oyunlarda hər iki komandaya 0-3 hesablı texniki məğlubiyyət veriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti