"Şəmkir"in prezidentindən icra başçısı və sponsora şikayət

25 Aprel 2017 13:12 I Divizion 980
"Şəmkir"in prezidentindən icra başçısı və sponsora şikayət

Ötən tur son dəqiqə qolu ilə "Səbail"ə uduzan "Şəmkir" Premyer Liqaya vəsiqə verən ilk 2 pillədən əlini üzüb. Badri Kvaratsxeliyanın gəlişi ilə yağışdan çıxıb yağmura yaxalanan qərb klubunun medalçı olmayacağı da dəqiqdi.

Şəmkirlilər ən yaxşı halda indiki 5-ci pilləni tuta bilər. "Şərurspor" AFFA tərəfindən I Diviziondan uzaqlaşdırıldığından, "Zaqatala" meydana çıxmadan 3 xal qazanacaq. "Ağ-qırmızılar" isə bunun üçün evdə "Ağsu"nu məğlubiyyətə uğratmalıdı.

Prezident Elvin Səfərli saytımıza açıqlamalarında klubda bütün işlərin qaydasında getdiyini, heç bir problemlə üzləşmədiklərini bildirib, hətta bir qədər uzağa gedərək, Premyer Liqa ilə bağlı nəhəng layihələrdən dəm vurub, tezliklə avrokuboklara qatılmaq istədiklərini iddia edib.

Düşərgələn isə Sportinfo.az-a 180 dərəcə fərqli informasiyalar daxil olmaqdadı. Aprelin son günlərini yaşasaq da, verilən məlumata görə, futbolçular hələ mart ayının əməkhaqqısını almayıb. Mükafatdan danışmağa dəyməz, çünki məşqçi korpusu, texniki personal və digər klub çalışanları, ümumiyyətlə, fevralın maaşını gözləyə-gözləyə qalıb.

Səfərlidən narazılıq o həddə çatıb ki, bir qrup şəxs yığışaraq İcra Hakimiyyətinə şikayətə getməyi planlaşdırır. Məqsəd "Şəmkir"in düşdüyü vəziyyət barədə icra başçısı Alismpaşa Məmmədovu məlumatlandırmaq, onun vasitəsilə sponsorları tədbir görmək vaxtının çatmasına inandırmaqdı. Yəni ki, E.Səfərli quru vədlərlə onların başının aotına yastıq qoymasın, "Şəmkir" əldən gedir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti