Bu gün I Divizionda XXV turun oyunları keçirilib. Sportinfo.az xəbər verir ki, çempiğonluğunu ötən tur rəsmiləşdirən "Turan" Qusar səfərindən 1:1-lə ayrılıb. Gümüş medallara iddialılardan "Qaradağ Lökbatan" öz meydanında MOİK-ə 3 cavabsız top buraxıb. "Ağsu" isə gözlənilmədən "Zaqatala"nı 4:0 hesabıyla məğlubiyyətə uğradıb. Heç bir iddiası qalmayan "Mil-Muğan" Qazaxda "şou" göstəriö.
"Göyəzən"lə görüş Aqil Məmmədovun böyükhesablı qələbəsiylə başa çatıb - 7:3. "Energetik" - "Bakılı" oyununda tərəflər hərəyə 1 dəfə fərqlənibsə, "Şəmk"ir Bayıldan əliboş dönüb və bununla, ikinci yeri tutaraq Premyer Liqaya birbaşa vəsiqə qazanmaq şansını itirib.
"Səbail" Elvin Adışirinlinin son saniyələrdə vurduğu qola sevinməklə bahəm, Əliyar Ağayevə minnətdarlıq etməlidi. FİFA referisi ikinci hissənin əvvəlində "Səbail"in qapısına penalti zərbəsi təyin etməyib. Hansı ki, həmin epizodda Saşa Yunisoğlunun topun istiqamətini əllə dəyişməsini hətta Marsdan da görmək mümkün idi.
“Səbail” - “Şəmkir” 1:0
Elvin Adışirinli, 90+1
“Göyəzən” - “Mil-Muğan” 3:7
Orxan Əsgərov, 59; Aqşin Sadıqov, 80; Cavid Nuriyev, 84 // Vüqar Əlibabayev, 13; Bayram Əliyev, 26, 32; Raul Yaqubzadə, 37, 63 Mənsur Nəhavəndi, 38; Bayram Əliyev, 75
“Ağsu” - “Zaqatala” 4:0
Adil Tağıyev, 22, 39; Elnur Səmədov, 36; Əli Bağırov, 75
“Qaradağ Lökbatan” - MOİK 3:0
Rüfət Məmmədov, 10, 28; Əliağa Xudiyev, 57
“Şahdağ” - “Turan Tovuz” 1:1
Vüqar Asəliyev, 83 // Rəhman Tağıyev, 36
“Energetik” - “Bakılı” 1:1
Elməddin Cəfərov, 45+1 // Aslan Hüseynov, 34
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Turan Tovuz | 25 | 17 | 7 | 1 | 60-10 | 58 |
| 2 | Səbail | 25 | 17 | 3 | 5 | 73-24 | 54 |
| 3 | Qaradağ Lökbatan | 25 | 17 | 1 | 7 | 63-29 | 52 |
| 4 | Ağsu | 25 | 16 | 4 | 5 | 63-21 | 52 |
| 5 | Şəmkir | 25 | 15 | 2 | 8 | 41-20 | 47 |
| 6 | Zaqatala | 25 | 14 | 4 | 7 | 66-31 | 46 |
| 7 | Mil-Muğan | 25 | 12 | 5 | 8 | 45-32 | 41 |
| 8 | MOİK | 25 | 9 | 6 | 10 | 41-30 | 33 |
| 9 | Şahdağ | 25 | 7 | 6 | 12 | 33-45 | 27 |
| 10 | Şərurspor | 25 | 7 | 4 | 14 | 36-51 | 25 |
| 11 | Energetik | 25 | 5 | 5 | 15 | 24-78 | 20 |
| 12 | Bakılı | 25 | 3 | 4 | 20 | 29-92 | 11 |
| 13 | Rəvan | 25 | 6 | 1 | 18 | 24-67 | 10 |
| 14 | Göyəzən | 25 | 2 | 4 | 19 | 19-93 | 10 |
|
Oruc Balaşlı ("Zaqatala") - 27 qol |
|||||||

