"Səbail"in kapitanı Saşa Yunisoğlu sabah oynanılacaq "Şəmkir"lə vacib oyun öncəsi klubun "facebook" səhifəsinə açıqlamalar verib. Sportinfo.az xəbər verir ki, o, bunları söyləyib: "Sabah komandamızı çox vacib və çətin oyun gözləyir.
"Şəmkir" güclü komandadı, ancaq biz hər bir oyuna ciddi hazırlaşırıq və meydana sadəcə qələbə üçün çıxırıq. Çempionluq şansımızı itirsək də, 2-ci yeri hələ təmin etməmişik. Qələbə qazanıb Premyer Liqaya vəsiqəni təmin etmək istəyirik. Xal itkisi yolverilməzdi. Hamımız bunu yaxşı dərk edirik.
Bu səbəbdən komandaya hansısa əlavə motivasiya lazım deyil. Məqsədimiz mövsümü 2-ci bitirmək və Premyer Liqaya vəsiqə qazanmaqdı. Azarkeşlərimizi sabahkı oyunda bizə dəstək olmağa dəvət edirəm. Onların dəstəyi bizim üçün çox vacibdi".

