Kamran Ağayev getdi - FOTO

17 Aprel 2017 19:36 I Divizion 901
Kamran Ağayev getdi - FOTO

"Boavişta" Azərbaycan millisinin qapıçısı Kamran Ağayevlə yollarını ayırıb. Sportinfo.az-ın Portuqaliya klubunun rəsmi "facebook" səhifəsinə istinadən verdiyi məlumata görə, 31 yaşlı qolkiperlə mövsümün sonunadək nəzərdə tutulan anlaşma pozulub.

Qərarın dərhal qüvvəyə mindiyi açıqlanıb. "Boavişta" Ağayevə idmançı karyerasında və şəxsi həyatda uğurlar arzulayıb. Kamran "Boavişta"ya mövsümün əvvəllərində azad agent kimi keçib. O, 6-cı turdan etibarən meydana çıxmağa başlayıb. Çempionatda 12, ölkə kubokunda isə 2 oyunda forma geyinib.

"A Bola" nəşri isə yazır ki, azərbaycanlı qapıçı "Benfika" ilə yanvarın 15-də keçirilmiş ölkə çempionatının XVII tur matçının sonunda rəqib futbolçularla dalaşdığı üçün 3 oyunluq cəzalandıqdan və elə həmin ay Vaqnerin transfer olunmasından sonra baş məşqçi Migel Lealın gözündən düşüb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti