"Biz 4-5 nəfərik. Hamımızın yaşı 30-35 arasında. Gücümüzü bir yerə qoymuşuq ki, bu rayonda futbolu bir də ölməyə qoymayaq, əksinə, elə edək, klub bizdən sonra da həmişə yaşasın" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Şəmkir"in prezidenti Elvin Səfərli deyib.
Ötən ilin yayında I Divizion təmsilçisinin başına keçən gənc iş adamı bildirib ki, dostları ilə birgə uzunmmüdətli inkişaf konsepsiyası hazırlayıblar: "Üç mərhələdən ibarət proqram tərtib etmişik. Bu, paralel olaraq həm əsas və əvəzedici komandanın, həm də akademiyanın uğurlu çıxışını təmin edəcək. Yeni akademiyanın özəyini artıq atmışıq,
2026-cı ildə bütün Azərbaycan "Şəmkir"dən danışacaq. Hamı öz-özünə sual verəcək ki, niyə "Şəmkir"dən saysız-hesabsız uşaq çıxır, başqa klublardan yox? Ölkə futbolunun gələcəyi "Şəmkir"in üzərində qurulacaq. Ən ideal məkğəb bizdə olacaq. Məni tanıyanlar ki, işimi bilirəm və işimdə də çox ciddiyəm. Mən heç vaxt qeyri-ciddi iş görməmişəm və görməyəcəm. Çalışdığım bütün sahələrdə həmişə öz qarşıma yüksək hədəflər qoymuşam və ona çatmışam.
Mənə də, dostlarıma da pis təsir edən odu ki, niyə hərdən "Şəmkir" haqda mənfi yazılar, xəbərlər çıxır? Maaş gecikməyi bütün klublarda var. Bunu adi qarşılamaq lazımdı. Vəziyyət hər yerdə eynidi. Əsas gördüyümüz işləri davam etdirməyimizdi. Mən müxtəlif ölkələrdə ali təhsil almışam, 6 dil bilirəm. İxtsasım idarəçilikdi. "Şəmkir"in götürdüyü kurs doğrudu və sizi əmin edirəm ki, inkişaf layihəmiz tezliklə hər yana səs salacaq.
8-14 yaş qruplarını bir, 14-19 yaş qruplarını başqa birinin nəzarətinə verəcəyik. 19 yaşdan yuxarı komandalarımız da üçüncü idman direktorunun tabeçiliyində olacaq. Nəzarət sistemini elə qururuq ki, bir istedadlı uşaq da kənarda qalmasın. Güclü akademiyası ilə dünyaya səs salan klubların təcrübəsini öyrənmişik. Belçikadan "Zulte Varagem"in prezidentinin oğlu yaxın dostumdu. Onunla İspaniyada oxumuşuq.
"Zulta Varagem"lə bir yerdə hələlik açıqlamaq istəmədiyim bəzi layihələrimiz də var. Əsl sürpriz olacaq! Yayda Avropanın bir çox nəhəng klubunun seldeksiya üzrə məşqçiləri Azərbaycana gələcək. Onların iştirakıyla Bakıda böyük seleksiya toplanışı təşkil edəcəyik. Ümumiyyətlə, fikrimiz var ki, "Şəmkir"in hər yaş qrupu üzrə iki komandası olsun. Biri rayonun özündə, biri də Bakıda. Biri var 100 uşaq arasında ən yaxşılarını seçəsən, biri də var 200-300. İstəyirik əlimizdə bol seçim imkan olsun".

