I Liqa klublarından Premyer Liqaya hazır olan varmı?

20 Aprel 08:40 I Divizion 1 478
I Liqa klublarından Premyer Liqaya hazır olan varmı?

I Liqa klublarının Azərbaycan Premyer Liqasında iştirakla bağlı lisenziyalaşdırma prosesindəki son durumu bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov açıqlama verib.

"Bir neçə klub prosesi davam etdirir.Hələlik adlarını açıqlaya bilmərik.

Çünki oyunlara təsir edə bilər. Daha sonra ictimaiyyətə bu barədə məlumat veriləcək", - deyə milli assosiasiya rəsmisi vurğulayıb.

Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümü 10 komandanın iştirakı ilə keçiriləcəksə, bu zaman 2023/2024 mövsümünün nəticələrinə uyğun olaraq çempionatda sonuncu yeri tutan və ya lisenziya şərtlərinə cavab verməyən 1 komanda I Liqaya düşəcək.

I Liqada lisenziya şərtlərini yerinə yetirən və ən yüksək yeri tutan 1 komanda Premyer Liqaya vəsiqə qazanacaq. 2

024/2025 mövsümü AFFA İcraiyyə Komitəsinin qərarı ilə 12 komandanın iştirakı ilə keçiriləcəksə, bu zaman 2023/24 mövsümündə Premyer Liqada sonuncu yeri tutan və ya lisenziya şərtlərini yerinə yetirməyən 1 komanda I Liqaya düşəcək,

I Liqada lisenziya şərtlərini yerinə yetirən və ən yüksək 3 yeri tutan komanda Premyer Liqaya vəsiqə qazanacaq.

Premyer Liqaya yüksələcək və Premyer Liqanı tərk edəcək komandaların sayı AFFA İcraiyyə Komitəsinin qərarı ilə dəyişdirilə bilər.

Digər Xəbərlər
Xəbər Lenti