"Bu işləri Abdullayevsiz də yoluna qoya bilirik" - BÖYÜK İDDİA!

15 Aprel 2017 15:00 I Divizion 802
"Bu işləri Abdullayevsiz də yoluna qoya bilirik" - BÖYÜK İDDİA!

"Yox, hələlik dəqiq bir şey yoxdu. Vəsiqə qazansaq, Müşahidə Şurasının iclası keçiriləcək və əsas qərarlar orda qəbul ediləcək" - Sportinfo.az xəbər verir ki, bu sözləri "Səbail"in icraçı direktoru Yusif Həsənov deyib. O bildirib ki, Premyer Liqaya vəsiqə əldə etsələr, həmin “Səbail”in I Diviziondakından nə ilə fərqlənəcəyini demək hələ tezdi.

Bir müddət əvvəl “Bayıl Arena”nı bazaya çevirmək istədiyini söyləyən Həsənovun dediyinə görə, bu ideya hələ də keçərlidi: "AFFA rəhbərliyi ilə də bu mövzu ilə bağlı dəfələrlə danışmışıq. Yenə də müraciətimiz olacaq. Böyük ehtimalla “Bayıl Arena”nı bazaya çevirəcəyik".

Son məlumatlara görə, Rəşad Abdullayev artıq “Səbail”in rəhbəri deyil. O isə əksini söyləyib: "Kluba bütün nəzarət ondadı. İclaslar da keçirir, telefonla əlaqələr də yaradırıq. Divizion Premyer Liqa kimi deyil, burda o qədər də ciddi işlər yoxdu. Bu baxımdan bütün günü klubun içində deyil. Bu işləri Rəşad Abdullayevsiz də yoluna qoya bilirik. Premyer Liqaya yüksəlsək, heyətdə və baş məşqçi postunda dəyişikliklər olacaqmı? Müşahidə Şurasının iclasından sonra bütün bunlara aydınlıq gələcək".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti