Sportinfo.az “Səbail”in yarımmüdafiəçisi Ruslan Tağızadənin müsahibəsini təqdim edir:
"Zaqatala" ilə oyun haqqında fikirlərini öyrənək.
- Oyunun startından çox pressinq edirdilər. Biz də çalışdıq ki, pressinqdən çıxaq, amma alınmadı. Adi epizodda zədə aldım. Birinci hissədə futbolçularımız elə yaxşı təsir bağışlamasa da, ikinci yarıda çox yaxşı oynadılar. Şükürlər olsun ki, 1 xal qazana bildik. İkinci yer uğrunda mübarizə aparan komandalardan biriyik. Hazırda üstünlük bizdədi. Çünki ikinci yerdəyik. Məncə, “Zaqatala”nın 2-ci yeri tutmaq şansı bitdi. İkinci yer uğrunda “Ağsu”, “Qaradağ-Lökbatan” və biz mübarizə aparacağıq.
Zədən nə yerdədi?
- Bilmirəm, həkim baxacaq. Bakıya gedəndən sonra hər şey bəlli olacaq.
Yenidən Premyer Liqa klublarından birinə qayıtmaq ehtimalın var?
- Bundan əvvəl də demişəm. Bir-iki futbolçunu çıxmaq şərtiylə, Premyer Liqadakı futbolçulardan elə də zəif deyiləm, onlardan daha yaxşı oynaya bilərəm. Mənim başıma gələni heç bir futbolçuya arzulamaram. Öz səhvlərim uzbatından I Diviziona düşdüm. O səhvləri bir də etmərəm.
Premyer Liqaya “Səbail”lə çıxmaq variantın necədi?
- İnşallah, Premyer Liqaya yüksəlmək istəyirik. Bu halda elə “Səbail”də də qalmaq fikrim var. Yaxşı olandan sonra niyə də qalmayım?!
İlk hissədə azarkeşlərlə aranda gərginlik oldu. Deyəsən, söz atırdılar.
- Həqiqətən də azarkeşlər çox hörmətsizlik etdilər. Çünki 6 ay burada oynamışam. Yaxşı da oyunlarım olub. Belə etməməli idilər. Mən kefimdən elə etmirdim. Ayağım ağrıdığı üçün kənara yavaş-yavaş çıxırdım. Xoşagəlməz sözlər dedilər. Ayıbdı. Onlara yaraşdırmadım. Belələrinə də azarkeş demirəm.

