Deputat I Divizion çempionu üçün iş adamlarından dəstək istədi - VİDEO

15 Aprel 2017 13:12 I Divizion 1 262
Deputat I Divizion çempionu üçün iş adamlarından dəstək istədi - VİDEO

I Divizionda çempionun adına dünən aydınlıq gəldi. “Turan Tovuz” qızıl medalları əldə etməklə yanaşı, Premyer Liqaya vəsiqə qazandı. Sportinfo.az xəbər verir ki, Milli Məclisin deputatı Qənirə Paşayeva bu münasibətlə doğma rayonunun komandasını təbrik edib: “Azərbaycan I divizionunun çempionu olan “Turan Tovuz” komandasını təbrik edirəm. Çünki bu qələbə futbolsevərləri sevindirən bir xəbər oldu”.

Parlemantiri bildirib ki, elitaya qayıdış möhtəşəm olacaq: “Turan” ölkəmizin köklü klublarından biridi. Hər kəs etiraf edir ki, Tovuz Azərbaycanın futbol ənənələri olan rayonudu. Bəziləri “Turan”ın uğurlu günlərinin bitdiyini, artıq daha da zəifləyəcəyini düşünürdü. Amma komanda bir daha hər kəsə göstərdi ki, bütün maddi problemlərə, çətinliklərə baxmayaraq, Tovuzun futbol ənənəsi yaşayır və “Turan” böyük uğurlara imza atacaq bir klubdu.

Onlar bu gün artıq Azərbaycan I divizionunun çempionudular. Bununla “Turan”ın Premyer Liqaya gedən yolu da açılır. İnanırıq ki, komandanın oraya yenidən qayıdışı da möhtəşəm olacaq. Böyük uğurlar qazanacaq. Biz hamımız komandamızın yanındayıq”.

Şəxsi “feysbuk“ səhifəsindən İş adamlarına səslənənən Paşayeva bildirib ki, “Turan Tovuz”a dəstək olacaqları halda, uğurların ardı gələcək: “Əziz tovuzlular, əziz Tovuzun iş adamları, zəngin və imkanlı insanları, sizin hamınıza çağırış edirəm. Gəlin, hamımız daha çox “Turan”ın yanında olaq. Çünki onlar bir daha göstərdi ki, əgər komandanın yanında dəstəyimizlə bir az olarıqsa, o çox böyük uğurlar qazanar. Ona görə də mən sizin hamınızı “Turan”a dəstək olmağa çağırıram. Çünki onların qələbəsi, zəfəri, inkişafı Azərbaycan futbolunun da inkişafıdı”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti