Premyer Liqada yeni komandanın ayaq səsləri eşidilir

15 Aprel 17:40 I Divizion 9 038
Premyer Liqada yeni komandanın ayaq səsləri eşidilir

Premyer Liqanın Əsasnaməsinin tələblərinə görə mövsümü sonuncu pillədə başa vuran komanda elitanı tərk edəcək, onu Birinci Liqanın qalibi əvəzləyəcək.

Təbii ki, AFFA-nın yeni prezidenti Rövşən Nəcəfin iştirakçı sayının mümkün artımı ilə bağlı dedikləri növbəti mövsüm üçün nəzərdə tutulmayıbsa.

Möcüzə baş verməsə, “Qəbələ” Premyer Liqa ilə vidalaşacaq. “Kəpəz”lə aralarında xal baxımından uçurum fərqinin olması bu cür düşünməyə əsas verir. Aşağı dəstənin qalibi elitaya gələcək.

Birinci Liqanın hazırkı lideri “Qaradağ Lökbatan”dır. 45 xalı olan qəsəbə təmsilçisini 43 xala malik “İmişli” qarabaqara izləyir. “Şamaxı” 39 xalla 3-cü, MOİK 4-cüdür (38 xal).

Gərgin mübarizənin lökbatanlılarla imişlilərin arasında gedəcəyi sirr deyil. Təcrübəyə, heyətə və ümumi mənzərəyə nəzər salsaq, “Qaradağ Lökbatan” daha şanslı görünür.

Komandada Premyer Liqa ab-havası hiss olunmaqdadır. Klubun rəhbər şəxsləri komandanın ev və səfər matçlarını diqqətdə saxlayır, gərəkən dəstək verilir.

Premyer Liqa şansının yaranması və əvvəlki illərlə müqayisədə real görünməsi hər kəsi ümidləndirib.

Əldə etdiyimiz bilgiyə görə, klub rəhbərliyi AFFA-nın Lisenziyalaşdırma Departamentinin tələblərini yetirmək üçün böyük səy göstərir.

Premyer Liqada iştirak üçün müvafiq olan sənədlər hazırlanıb, qüsurlar aradan qaldırılmaqdadır. Lazım olan bütün işlər görülür.

Təki nöqsan tapılmasın, komanda Birinci Liqanın qalibi olacağı halda yüksək dəstədə oynasın.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU