İcra başçısı stadiona sonra gəldi, baxımlı qolları izlədi – VİDEO+FOTOREPORTAJ

27 Aprel 11:40 I Divizion 1 285
İcra başçısı stadiona sonra gəldi, baxımlı qolları izlədi – VİDEO+FOTOREPORTAJ

Azərbaycan I Liqasında XXIII turun görüşləri keçirilib.

"Şamaxı" doğma meydanda "Difai"ni qəbul edib.

Premyer Liqaya vəsiqə iddiasını sürdürən ev sahiblərinin məqsədi çempionatda qalmaq olan rəqiblə qarşılaşması kifayət qədər gərgin alınıb.

Hər iki tərəf hesabı birinci açmağa çalışıb. Qapılar önündə yaradılan qol epizodları bir-birini əvəz edib.

Qonaqların qapıçısı Əlirza Müştəbəzadə üç epizodda əla seyvlə yadda qalıb. «Neftçi»nin qapıçısının inanılmaz qurtarışları «Difai»ni ruhlandırıb.

Emil Quluzadənin uzaq məsafədən endirdiyi zərbəni Əkbər Vəliyev güclə zərərsizləşdirib. Kristian Kamtanın fərqlənməsinə son anda müdafiəçilər mane olub.

Hesab 34-cü dəqiqədə açılıb. «Turan Tovuz»un qış fasiləsində «Difai»nin sərəncamına vermək istədiyi, lakin «Şamaxı»ya qismət olan Səbayıl Bağırov kornerdən havalandırılan topu başla tora qovuşdurub.

Fasilədən az keçmiş stadionda canlanma yaranıb. Bu an rayonun icra başçısı Tahir Məmmədov VİP-lojadakı yerini tutub.

O, ətrafındakı şəxslər və 700 nəfərdən artıq azarkeşlə bərabər komandanı dəstəkləyib. Bundan vəcdə gələn şamaxılılar daha bir qol vurub.

Üç ay öncə «Karvan»dan gəlmiş Bəhruz Teymurov müdafiəçilər arasında anlaşılmazlıqdan yararlanıb və axıradək mübarizə aparmağın sayəsində tribunaları ayağa qaldırıb.

Lakin bu da son olmayıb. «Difai»nin kamerunlu hücumçusu Kristian Kamta cərimə meydançasından önündən qapıya baxımlı qol vurub.

Gözlənilməz gedişat ev sahiblərində narahatlıq yaradıb, müdafiə xəttində səhvlər artıb. Belə epizodların birində «fədailər» rəqibi azlıqda yaxalayıb.

Lakin Tahir Zeynalovun səhv qərarı hesabın bərabərləşməsinə əngəl olub. O, cərimə meydançasına daxil olmadan ötürmə verib.

Halbuki bir qədər irəliləsəydi, qapı önündə dayanmış iki komanda yoldaşı boş qapını nişan almağa çətinlik çəkməyəcəkdi.

«Difai» axır 15-20 dəqiqədə daha fəal təsir bağışlayıb. «Şamaxı» isə əksinə: bir-birinin ardınca özlərini yerə sərərək, vaxt aparıblar. Və istəklərinə çatıblar.

Xallarını 45-ə yüksəldən "Şamaxı" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 17 xalı olan "Difai" isə 9-cu yerdə qalıb.

SPORTİNFO.AZ

Şamaxı şəhər stadionu. 700 tamaşaçı
Baş hakim: Əli Əliyev
Baş hakimin köməkçiləri: Vüqar Bayramov, Tərlan Talıbazdə
Dördüncü hakim: Elvin Bayramov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Sarı vərəqələr: Zahid Mərdanov, 86 (oyunun bərpasının ləngidilməsi); Bəhruz Teymurov, 87 (oyunun bərpasının ləngidilməsi); Əkpər Vəliyev, 90+5 (oyunun bərpasının ləngidilməsi) // Benjamin Ebuka, 31 (qeyri-idman hərəkəti); Ramin Süleymanov, 57 (qeyri-idman hərəkəti); Məqsum Qənbərli, 88 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Elgiz Kərəmli, 82 (hakimin qərarına etiraz)
Qollar: Səbayıl Bağırov, 34; Bəhruz Teymurov, 55 // Kristian Kamta, 76
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 6 dəq.

“Şamaxı”

1. Əkpər Vəliyev
70. Bəhruz Teymurov
60. Səbayıl Bağırov
10. Emin Zamanov (k)
26. Roman Hüseynov
(11. Samir Məhərrəmli, 76)
21. Abbas Ağazadə
80. Zahid Mərdanov
5. Arsen Ağcabəyov
13. Ramin Əhmədov
97. Elşad Tağıyev
(99. Cəlal Cəbrayılov, 90+5)
9. Qurban Səfərov
(44. Salman Ələsgərov, 90+5)
Ehtiyat oyunçular:

62. Abdulla Seydəhmədov
22. Sahib Həsənov
77. İbrahim Aslanlı
4. Kənan Quliyev
20. Əli Mürsəlov
88. Elçin Qasımov
74. Süleyman Damadayev
8. Edqar Adilxanov
Baş məşqçi: Ramiz Məmmədov

“Difai Ağsu”

12. Əlirza Müştəbazadə
3. Kamil Hüseynov (k)
99. Məqsum Qənbərli
(50. Qurban Hüseynov, 90)
6. Əzəmət Ələkbərli
71. Coşqun Əsədzadə
(14. Samir Əliyev, 46)
10. Tahir Zeynalov
8. Ramin Süleymanov
(19. Rəsul İbrahimov, 58)
16. Emil Quluzadə
(28. Rəhman Quliyev, 70)
9. Bayraməli Qurbanov
21. Benjamin Ebuka
32. Kristian Kamta

Ehtiyat oyunçular:

22. Maksimilian Şilder
17. Tural Lətifov
4. Fariz Nəcəfov
13. Nazim Bağırov
27. Gülalı Mehrəliyev
Baş məşqçi: Elgiz Kərəmli

Digər Xəbərlər
Xəbər Lenti