Tanıdığmız adam "Bavariya"ya yeni baş məşqçi təyinatını şərh etdi

14 Aprel 2018 13:12 I Divizion 647
Tanıdığmız adam "Bavariya"ya yeni baş məşqçi təyinatını şərh etdi

"Niko Kovaçın "Bavariya"nın baş məşqçi postuna təyinatı əla qərardı və mənim üçün təəccüblü deyil".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqts deyib.

72 yaşlı mütəxəssis bildirib ki, Kovaç "Ayntraxt"dakı işi ilə ayrı-ayrı oyunçuları və komandanı daha yaxşı səviyyəyə çatdırmağa qadir olduğunu göstərib:

"O, komandanı Almaniya Kubokunun finalına çıxarıb. Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan güclü kollektiv formalaşdırıb.

Niko sübut edib ki, Bundesliqaya həyəcan qatmağa qadirdi. Xorvatiya millisinin baş məşqçisi kimi də təcrübə toplayıb".

Foqts Azərbaycan millisində 2008 - 2014-cü illərdə çalışıb. Niko Kovaç isə 2001 - 2003-cü illərdə futbolçu qismində "Bavariya"nın formasını geyinib.

Hazırda "Ayntraxt"a rəhbərlik edən Kovaç Münhen komandasının sükanı arxasına cari mövsüm yekunlaşdıqdan sonra keçəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti