I Divizionda 22-ci tura start verilib.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
MOİK son çempion “Turan Tovuz” üzərində inamlı qələbəyə sevinib. “Sabah” – “Xəzər” görüşündə isə qonaqlar minimal hesabla üstün olublar.
Turun qalan oyunları sabah keçiriləcək: “Qaradağ Lökbatan” – “Zaqatala”, “Binə” – “Şüvəlan”, “Ağsu” – “Mil-Muğan”.
MOİK – “Turan Tovuz” 3:1
Qol: Bəhruz Teymurov, 13; 52-pen. Ayaz Mehdiyev, 84 – Rəhman Musayev, 90.
Hakimlər: Rəşad Əhmədov, Nahid Əliyev, Roman Vasilyev, Anar Göyçayski.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
“Sabah” – “Xəzər” 0:1
Qol: Kənan Mirzəliyev, 90.
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Elxan Müslümov.
Binə qəsəbə stadionu.

