"Vallah, söz tapmıram deməyə! Yəqin bizdən çəkinirlər"

11 Aprel 2018 15:36 I Divizion 877
"Vallah, söz tapmıram deməyə! Yəqin bizdən çəkinirlər"

“Hakimlərimiz hələ bölgəyə çıxmayıblar, belə çəkinirlər“.

Sportinfo.az xəbər verir ki, bu sözlər «Sabah»ın baş məşqçisi Arif Əsədova məxsusdu.

I Divizionun son turunda «Şüvəlan»a səfərdə 0:1 hesabıyla uduzan komandanın çalışdırıcısı növbəti dəfə ədalət təmsilçilərindən şikayətlənib.

Onun fikrincə, «fit sahibləri» davamlı olaraq «Sabah»ı sıxırlar: «Şüvəlanda meydana 3 xal üçün çıxmışdıq.

Təəssüf ki, məğlub olduq. Ancaq yetirmələrimdən razıyam. Lakin nə edək ki, biz 11 yox, 14 nəfərə qarşı oynadıq. Haqsız yerə sarı və qırmızı vərəqə ilə hakim bizi “sındırdı”. Ən azı heç-heçə etməliydik.

Bu komanda ilə ilk dövrədə də qolumuz qeydə alınmamışdı. Sonradan bəlli oldu ki, “təmiz” qol idi. Düzdü, həmin qarşılaşmanın hakimini 5 oyun cəzalandırdılar, ancaq nə olsun, itirən tərəf biz olduq, 2 xal havaya uçdu. Yenə də eyni mənzərəyə şahidlik etdik. İndi siz fikirləşin, paytaxtdan kənarda vəziyyət necə olur.

Premyer Liqada oyun idarə edən referi belə səhvlərə yol verməməlidi. Görünür, sön 7 matçda “Sabah”ın dirçəlməsi, məğlub olmaması, liderlər qrupuna yaxınlaşması... Vallah, söz tapmıram deməyə. Yəqin bizdən çəkinirlər.

Əsas hakimdən çox, laysmanlar səhvə yol verdilər. Texniki zonaya yaxın olan laysman fasilədə mənə yaxınlaşıb iki dəfə səhv qərar qəbul etdiyini bildirdi. İkinci hissədə yenidən səhv qərarlarla yadda qaldı. Bu nə deməkdi?!

Bu matçda heyətdə yer alanların 5-i gənc oyunçular idi. Biz təcrübəlilərlə yanaşı, gənclərə də güvənirik və gələcəyimizi düşünürük. Çünki “Sabah” bir-iki günlük layihə deyil. Klub rəhbərliyi bu sahədə daha böyük işlər görməyi planlaşdırır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti