"Komandam bu il də Premyer Liqada çıxış etməsə, istefa verəcəm"

10 Aprel 2018 19:00 I Divizion 978
"Komandam bu il də Premyer Liqada çıxış etməsə, istefa verəcəm"

«Əgər komandam bu il də Premyer Liqada çıxış etməsə, istefa verəcəm».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Turan Tovuz»un Müşahidə Şurasının sədri Oqtay Abdullayev deyib.

I Divizionun ötənilki qalibinin rəhbəri bildirib ki, bir neçə imkanlı tovuzlu iş adamına müraciətləri nəticəsiz qalıb:

«Nəinki biz, bütün komandalar Premyer Liqada mübarizə aparmaq istəyir. Axı nə var birinci divizionda..? Həmişə burda oynamaq yorucudu.

Hər bir klubun öz məqsədi var. Bizim də məqsədimiz Tovuzu Premyer Liqaya qaytarmaqdı. Tovuz futbol rayonudu, burda daim yaxşı uşaqlar yetişir. AFFA-ya da, elə yerli İcra Hakimiyyətinə də demişəm ki, «Turan»ı ora buraxsalar, yaxşı bir komanda yaradıb, yuxarı yerlər uğrunda mübarizə apara bilərəm.

Hər şey pulun başındadı. «Turan»a gələndən müxtəlif tovuzlu biznesmenlərə ağız açmışam. Deyirəm ki, «Turan», «Turan» qışqırmaqla deyil, kluba dəstək olun. Hamısı istəyir, amma pul verən yoxdu.

Bu dəqiqə kimsə pulunu futbola xərcləmək istəmir. Daha kimlərə müraciət etməmişəm… Çox adama. AFFA-dan başqa «Turan»a maliyyə ayıran yoxdu. Onlar daha neyləsin e… Əllərindən gələni edirlər.

Tovuzun İcra Hakimiyyəti klubla maraqlanır, diqqəğt göstərir, amma görürəm ki, onların da maliyyə ayırmağa imkanı çatmır. Bu cür rayon futboldan kənar qala bilməz. Əsl futbol ocağıdı Tovuz. Bir az maliyyə olmalıdı ki, nəsə iş görəsən».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti