Nazirin oğlu I Divizion klubunu öz himayəsinə götürdü

10 Aprel 2018 18:12 I Divizion 1 069
Nazirin oğlu I Divizion klubunu öz himayəsinə götürdü

I Divizionda çıxış edən klublardan biri gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun çətiri altına keçib.

Sportinfo.az-ın məlumatına görə, növbəti mövsüm Premyer Liqada çıxış etmək iddiasında olan aşağı dəstə təmsilçisi bundan sonra gənc iş adamının patronajlığı altında fəaliyyət göstərəcək.

Müxtəlif səbəblərdən həmin komandanın adını hələlik açıqlamırıq. redaksiyamıza informasiya verən mənbənin sözlərinə görə, I Divizionun iştirakçısı bu addımı atmaqla AFFA-nın onlara güzəşt edəcəyini düşünür.

Çünki bunadək federasiya ilə qeyri-rəsmi müstəvidə bir neçə görüş keçirilsə də, razılıq əldə olunmayıb.

Konkret desək, qurumun baş katibi Elxan Məmmədov danışılmış oyunlarla və maliyyə mənbələri ilə bağlı şübhələri əsas gətirərək, anlaşmaya qol qoymayıb.

Arif Rəhimov gənclər və idman nazirinin yeganə övladıdı. Orta məktəbi Bakıda bitirən, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində oxuyan A.Rəhimov ardından ali təhsilini İngiltərənin paytaxtında davam etdirib.

Azərbaycan, rus və ingilis dillərini bilir. 2011-2012-ci illərdə Londondakı Cass Business School-da neft və energetika sənayesi ixtisasına yiyələnib.

2009-cu ilin oktyabrından 2011-ci ilin noyabrınadək Azərbaycan Dövlət Neft Şirkətində maliyyə meneceri vəzifəsində işləyib. Sonradan DDLAR GROUP adlı özəl şirkətini qurub və hazırda da ona rəhbərlik edir. Evlidi və hazırda Londonda yaşayır.

2014-cü ilin yanvarında yaradılmış "Baku Grand Prix" şirkətinin də rəhbəridi. Yeri gəlmişkən, "Baku Grand Prix" şirkəti 2016-cı ildən Bakıda keçirilən dünyada avtomobil idmanının ən bahalı növlərindən birinin - "Formula-1″in "Qran Pri" yarışının təşkilatçısıdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti