Bu gün I Divizionda 22-ci tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, turun ikinci oyun günündə 3 qarşılaşma baş tutub.
"Xəzər" öz meydanında MOİK-ə, "Binə" isə səfərdə "Zaqatala"ya qalib gəlib. "Turan Tovuz" - "Ağsu" matçında isə qalib müəyyənləşməyib.
"Xəzər" ardıcıl qələbələr sayəsində "Şüvəlan"ı 1 xal qabaqlayaraq, turnir cədvəlinin 2-ci pilləsinə yüksəlib.
Maraq üçün qeyd edək ki, Premyer Liqaya vəsiqə qazanmağı hədəfləyən debütant həo 3 xala görə futbolçularına 100 manat mükafat verib.
"Xəzər" - MOİK 4:1
Tural Qürbətov, 37, Kənan Mirzəliyev, 58, 62, Elmir Rəhimzadə, 89 - Bəhruz Teymurov, 71
"Zaqatala" - "Binə" 0:1
Renat Aşurov, 45+1
"Turan Tovuz" - "Ağsu" 1:1
Rəhman Musayev, 8 - Qalib Əmrahov, 62

