"Mövsümü ilk 3 sırada bitirib, Premyer Liqaya vəsiqə qazanmaq istəyirik"

6 Aprel 2018 19:00 I Divizion 953
"Mövsümü ilk 3 sırada bitirib, Premyer Liqaya vəsiqə qazanmaq istəyirik"

«Rəqibləri yox, öz oyunumuz haqda düşünürük, hamı kimi bizim də hədəflərimiz var».

Sportinfo.az xəbər verir ki, bu sözlər «Şüvəlan»ın baş məşqçisi Aqil Nəbiyevə məxsusdu.

I Divizionda 22 həftə geridə qalıb və «Qaradağ Lökbatan»ın İmişlidə xal itirməsindən istifadə edən «karqoçular» liderlə arasındakı xal fərqini 7-yə endirib,

«Sabah» üzərində 1:0 hesablı qələbə qazanan qəsəbə təmsilçisi gələn mövsümü elitada keçirmək istəyir:

«Məqsədimiz mövsümü ilk 3 sırada bitirib, Premyer Liqaya vəsiqə qazanmaqdı. İlk dövrədə ən böyük problemimiz müdafiə ilə bağlı idi. Müdafiə oluna bilmirdik.

Bu çatışmazlığı aradan qaldırmaq üçün transferlər etdik. Şükürlər olsun ki, komanda bu gün müdafiə olunmağı bacarır. Müdafiə məhz hücumdan başlayır. Buna görə biz rəqiblərimizi irəlidə sıxmağa və kompakt müdafiə olunmağa çalışırıq.

Meydana qol buraxmamaq üçün çıxırıq və düşünürük ki, qapımızı toxunulmaz saxlasaq, azı 1 xalımız var. Top buraxandan sonra bunun acısını çox çəkmişik.

Ona görə də həm taktiki, həm də nəzəri məşqlərdə futbolçulara müdafiə olunmağı aşılayırıq ki, qarşıdakı matçlarda böyük problem olmasın».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti