Sadıq Sadıqov qəzəbləndi – Bu baş məşqçini istefaya göndərin!

5 Aprel 2018 18:00 I Divizion 1 287
Sadıq Sadıqov qəzəbləndi – Bu baş məşqçini istefaya göndərin!

Bu gün I Divizionda XXII tura start verilib.


Sportinfo.az
xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Çempionatın lideri "Qaradağ Lökbatan" yenə qələbə qazana bilməyib. "Şüvəlan" isə "Sabah"dan üstün olmağı bacarıb.

Bununla, "Sabah"ın uğurlu seriyası qırılıb və Arif Əsədovun komandası liderlər qrupuna yuxanılaşmaq şanslarını bir qədər də çətinə salıb.

"Şüvəlan" qələbə sayəsində lider "Qaradağ Lökbatan"la xal fərqini 7-yə endirib. Qış fasiləsindən sonra cəmi 2 qələbə qazanan qəsəbə təmsilçisinin Həbib Ağayevlə vidalaşacağı artıq şübhə doğurmur.

Sadıq Sadıqovun tezliklə təcrübəsiz mütəxəssisin yola salınmasına dair göstəriş verməsi barədə məlumatlıyıq.

"Mil-Muğan" - "Qaradağ Lökbatan" 1:1
Qollar:
Rəşad Orucov, 71 // Ruslan Voronsov, 44

"Şüvəlan" - "Sabah" 1:0
Qol:
Elnur Səmədov, 82.

N Klublar O Q H M T-F X
1 Qaradağ Lökbatan 22 13 5 4 40-23 44
2 Şüvəlan 22 11 4 7 23-16 37
3 Xəzər 21 10 5 6 26-12 35
4 Binə 21 9 5 7 28-23 32
5 MOİK 21 9 4 8 27-24 31
6 Turan Tovuz 21 9 4 8 28-25 31
7 Sabah 22 8 6 8 30-31 30
8 Mil-Muğan 22 6 5 11 28-42 23
9 Ağsu 21 6 3 12 19-36 21
10 Zaqatala 21 4 3 14 18-35 15

Sabir Allahquliyev ("Qaradağ Lökbatan") - 10 qol
Bəhruz Teymurov (MOİK) - 9 qol

Elnur Səmədov ("Şüvəlan") - 9 qol

Samir Babayev ("Mil-Muğan") - 8 qol

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti