"Axı AFFA nə vaxtadək bizim kluba sponsorluq edəcək?"

3 Aprel 2018 15:00 I Divizion 1 046
"Axı AFFA nə vaxtadək bizim kluba sponsorluq edəcək?"

«Sözün açığı, gələn mövsüm Premyer Liqada neçə klubun çıxış edəcəyini bilmirəm».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Zaqatala»nın prezidenti Musa Qurbanov deyib.

I Divizionda çıxış edən region klubunun rəhbəri bildirib ki, AFFA və Peşəkar Futbol Liqasının elita iştirakçılarının sayını artıracağına ümid bəsləyir:

«Komandamızın cari çempionatdakı nəticələrinə əsasən Premyer Liqaya buraxılacağımıza inanmıram. Gümanım yalnız onadı ki, federasiya «Zaqatala»nın bölgə klubu olmasını nəzərə ala bilər.

Zaqatala futbol şəhəridi. Buranın ənənəsi, futbol infrastrukturu, azarkeşi var. Klubumuz normal şəraitlə təmin olunub. Premyer Liqanın maraqlı olması region klublarının sayından asılıdı.

Nə qədər çox əyalət komandası olsa, çempionat bir o qədər maraqlı keçəcək, azarkeş gələcək. Bizim oturub ümid eləməkdən başqa çarəmiz qalmayıb.

Bu il sponsor axtarmadıq. Onsuz da mənası yoxdu. Dövlət proqrammı qəbul olunmasa, çətin ki, kimsə futbol klublarına sponsorluq eləsin. Neçə il çalışdıq ki, «Zaqatala»ya sponsor gətirək, razılıq verən tapılmadı.

Klub yaranandan bəri maliyyə dəstəyini yalnız AFFA-dan alır. Yenə sağ olsunlar! AFFA olmasaydı, nə edərdik, necə edərdik, bilmirəm. Ancaq federasiya nə vaxtadək «Zaqatala»ya pul verəcək? Ayrıca bir sponsor olmalıdı.

AFFA-nın baş katibi Elxan Məmmədovla bir neçə dəfə görüşüb bu barədə danışmışam. Problemləri sadalamışam, hamısından xəbərdardı.

Sonuncu dəfə söhbət edəndə, dedi ki, çalışırıq görək nə edirik. Görünür, AFFA-nın da indi bundan artığına gücü çatmır. Gözləyə-gözləyə qalmışıq».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti