I Divizionda 21-ci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, "Ağsu" doğma meydanda "Xəzər"i qəbul edib.
Qarşılaşma paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsiylə başa çatıb. Tural Qürbətov 26-cı dəqiqədə qonaqların xeyrinə hesabı açıbsa, Malik Babayev az sonra (37) status-kvonu bərpa edib.
Vadim Abdullayev ilk hissənin bitməsinə az qalmış (43) "Xəzər"i yenidən sevindiribsə, Rəşad Qarayevin 90+3-cü dəqiqədə etdiyi avtoqol oyunda sonuncu olub.

