"Mən bunu hər dəfə sponsorlarımıza da, prezidentə də deyirəm ki…" - İcraçı direktor

31 Mart 2018 15:48 I Divizion 880
"Mən bunu hər dəfə sponsorlarımıza da, prezidentə də deyirəm ki…" - İcraçı direktor

"Komandamız mart ayında 5 qələbə və 1 heç-heçə ilə yaxşı çıxış sərgilədi.

Belə götürsək, qış fasiləsindən sonra hamıdan çox - 19 xal toplamışıq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Xəzər"in icraçı direktoru Emin Abbasov deyib.

I Divizionda debüt edən klubun rəhbər şəxsi bildirib ki, onların əsas fikri nəticələrə yox, gələcəyə köklənib:

"Hədəfimiz yaxşı maddi-texniki bazaya, akademiyaya malik klub yaratmaqdan ibarətdi. Sponsorlar komanda üçün yaxşı şərait yaradıb. Ancaq istəyirik ki, özümüzün stadionu olsun, bazası olsun.

Yəni köklü iş qurmaq istəyirik. Hərdən baxırsan, deyirlər ki, yaxşı pul olandan sonra yaxşı komanda yaratmağa nə var ki..? Əslində isə elə deyil. Pul uğura aparan yoldu. Ancaq işi bilməsən, düzgün qurmasan, pul israf olacaq, nəticə də gəlməyəcək.

Ən azından Azərbaycan futbolunda belə hallara çox rast gəlmişik. Elə adamlar var ki, deyirlər, "Qarabağ"ın büdcəsi ilə çempion olmaq nə böyük işdi ki...

Amma demirlər ki, "Qarabağ" qəpik-quruşla ÇL-də büdcəsi 200-300 milyonu aşan klublarla başabaş oynayır. Bu da birdən-birə belə olmayıb. Adamlar 10 ildi bir fəlsəfəni təkmilləşdirib, çox ciddi yerlərə varıblar ölkə futbolu adına.

Sözümü ona gətirirəm ki, biz də "Qarabağ" kimi səbrlə iddialı klub yaratmağa çalışmalıyıq. Bunu hər dəfə sponsorlarımıza da, klubumuzun prezidenti Mahir Məmmədova da deyirəm ki,"bağban tələsər, meyvə isə həmişə öz vaxtında yetişər".

Elşad Əhmədov öz futbol fəsləfəsi olan, qısa zamanda komandaya dəsti-xəttini aşılayan məşqçidi. Onun sayəsində 3-4 ilə çempionatımıza rəng qatacaq komanda yarada bilərik. Bizim də fikrimiz məhz bu plan üzrə hərəkət etməkdi".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti