"Xəzər" səfərdə qazandı, “Qaradağ Lökbatan” yenə büdrədi

29 Mart 2018 17:12 I Divizion 766
"Xəzər" səfərdə qazandı, “Qaradağ Lökbatan” yenə büdrədi

I Divizionda 21-ci tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

Lider “Qaradağ Lökbatan” səfərdə “Binə” ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı görüşdə qonaqlar qələbəni son anda əldən veriblər - 2:2. “Xəzər” isə “Ağsu” ilə səfər oyunundan qalib ayrılıb - 3:1.

“Ağsu” – “Xəzər” 1:3
Qollar:
Malik Babayev, 37 – Tural Qürbətov, 26, Vadim Abdullayev, 43, Rəşad Qarayev, 90+3-avtoqol.
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Habil Əliyev, Emin Nağıbəyov.
Ağsu şəhər stadionu.

“Binə” – “Qaradağ Lökbatan” 2:2
Qollar:
Seymur Abdullayev, 83, Vüsal Səfərov, 90+2 – Ruslan Tağızadə, 69, Əliqulu Manafov, 85.
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Etibar Həsənov.
Binə qəsəbə stadionu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti