Azərbaycan klubundan içki düşkünlüyünə görə qovulan baş məşqçi

29 Mart 2018 11:36 I Divizion 1 431
Azərbaycan klubundan içki düşkünlüyünə görə qovulan baş məşqçi

I Divizionda çıxış edən MOİK-də baş məşqçi dəyişikliyi rəsmiləşib.

Klubdan yayılan açıqlamada bunun səbəbi ki, Ramil Əliyevin vəzifəsindən səhhəti ilə əlaqədar istefa verdiyi iddia olunub.

Onun yerinə bu posta Azər Bağırov gətirilib. Mərkəzi Ordu İdman Klubunun rəhbərliyi və kollektivi Ramil Əliyevə gərgin və uğurlu fəaliyyətinə görə təşəkkür edib, tezliklə şəfa tapmaq, sağlamlığına qovuşmasını arzulayıb.

Komanda həmçinin Azər Bağırova yeni işində uğurlar diləyib. Ordu klubu 20 turdan sonra turnir cədvəlinin 5-ci pilləsində məskunlaşıb. Aktivlərində 30 xal var və onları 2-ci sıradakı «Şüvüəlan»dan cəmi 2 xal ayırır. Yəni ki, hər şey komandanın öz əlindədi və MOİK haqqın yoluna gələrsə, özünü sezonu medalçılar arasında tapa bilər.

Əliyev MOİK-i qışdan sonra götürmüşdü. Rəhbərliklə yola getməyən və min bir fırıldağı olan Aqil Məmmədovun istefasından sonra. Əslində, bu ayrılıqda da onun barmağı olub.

Bu, onun adətidi – MOİK-ə kim gəlir gəlsin, daim ara qarışdıracaq, düşərgəni böləcək. Çünki öz məqsədləri var və bunun naminə hər şeyə hazırdı.

Təbii, o, heç vaxt tək iş görməyib. Rəhbərlikdə yer alan şəxslər və bəzi futbolçularlə əlbir hərəkət edib. Ona görə də 100 dəfə istefa verib, 101 dəfə geri qayıdıb.

Vitse-prezident vəzifəsi baş məşqçi postundan getdiyi dönəmlərdə «Rıba»nı dolandırıb. İndi də böyük ehtimalla, MOİK-lə işbirliyini bu səviyyədə saxlayacaq. Klubun rəisi Rəşad Quliyev onu çox, həddən ziyadə mübhəm bağlar birləşdirir.

Yaxşı tapışıblar. Bir yerdə az oyunun «ağzını qaşımayıblar». Quliyev razı olmaz ki, Əliyev burdan birdəfəlik uzaqlaşsın. Təhlükəlidi, boş qalsa, nəsə danışa bilər. Bu isə bir çinovnik kimi onun da karyerasını bitirər. «Rıba»ya ümid yoxdu, danışdı, danışdı da.

MOİK mövsümə üçüncü baş məşqçi ilə davam etmək qərarını yeni almayıb. Hələ fevralın üçüncü yarısında məlum idi ki, axtarışlar gedir. Əliyevin özü tanıdığı bir neçə mütəxəssisə komandanın sükanı arxasına keçməsini təklif edib, qol qoyan olmayıb. Yox ki, maaş azdı. Bu, heç. Öz yerində.

Amma bundan da əhəmiyyətli məqamlar var, hansı ki, yalnız əl və qəlb yandırmır. Yeni yönətim MOİK-i elə hala salıb ki, bura bir gələn məşqçi sevinir, bir də gedən. Çünki qarışıqlıqdı, istənlən oyunda «iç sürpriz»ə qonaq olmaq mümkündü. «Rıba» ortada yeyib, qıraqda gəzməyə alışdığı üçün həmişə yaxasını kənara çəkib.

Son vaxtlar isə ümumiyyətlə, komandayla maraqlanmırdı. Telefonlarını söndürən, mətbuatdan gizlənən məşqçini heç rəhbərlik də vaxtında tapa bilmirdi. Tapsaydılar, deyərdilər ki, gəl, məşqini keç.

Həftədə 5-6 məşq olurdusa, «Rıba» maksimum 1-2 dəfə kollektivin arasında görünürdü. Onda da heç nəyə qarışmır, çalışmanı kənardan izləyir və gedirdi. Sorağı bəzən «pab»lardan gəlirdi, ora isə nə üçün ayaq basırlar, anlatmağa gərək yox. «Rıba»nın səhhətində problem, deyilənə görə, belə zərərli vərdişlərdən yaranıb.

Spirtli içki aludəçiliyi xeyli müddətdi bədəninə əziyyət verir. Mübarizə aparsa da, görünür, bir effekt ala bilmir, vərdişkardı çünki. Allah özü köməyi olsun, canına qıymasın. Gəncdi, həyatı hələ qabaqdadı. Məşqçilikdə özünü tapmasa da, istərdik ki, sağlamlıq tapsın və başqa sahələrdə bəxtini sınasın.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti