I Divizionda 20-ci turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
“Mil-Muğan” – “Binə” və “Qaradağ Lökbatan” – “Sabah” oyunlarına heç-heçə qeydə alınıb.
“Xəzər” isə son çempion “Turan Tovuz”la ev oyununda minimal hesabla üstün olub.
“Mil-Muğan” – “Binə” 0:0
Hakimlər: İnqilab Məmmədov, Elşən Acalov, Habil Əliyev, Ramiz Məhərrəmov.
Heydər Əliyev adına İmişli şəhər stadionu.
“Qaradağ Lökbatan” – “Sabah” 2:2
Qollar: Sabir Allahquliyev, 5. Əliqulu Manafov, 86 – Raul Yaqubzadə, 27. İlqar Ələkbərov, 83-pen.
Hakimlər: Orxan Məmmədov, Cavanşir Yusifov, Zöhrab Abbasov, Elgün Hüseynov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu.
“Xəzər” – “Turan Tovuz” 1:0
Qol: Tural Qürbətov, 28.
Hakimlər: Ömər Paşayev, Mübariz Haşımov, Eyyub İbrahimov, Səbuhi Bayramov.
Bakı. “İnter Arena”

