Bu gün I Divizionda 19-cu turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.
“Xəzər” “Mil-Muğan”la, “Sabah” isə “Binə” ilə ev oyununda 5 cavabsız qolla qalib gəlib.
Qış fasiləsindən sonrakı oyunlarında ardıcıl məğlubiyyətlərlə üzləşən “Qaradağ Lökbatan” nəhayət bu turda MOİK-lə səfər oyunundan qalib ayrılıb.
Son çempion “Turan Tovuz” evdə “Şüvəlan”a minimal hesabla qalib gəlib. Çempionatın aşkar autsayderi “Zaqatala” isə səfərdə “Ağsu”nu məğlub etməyə nail olub.
“Xəzər” – “Mil-Muğan” 5:0
Qol: Kənan Mirzəliyev, 10. Vadim Abdullayev, 17. Tural Qürbətov, 66; 87. Ramil Həsənov, 73.
Qırmızı vərəqə: Anar Babazadə, 79 (Mil-Muğan).
Hakimlər: Ramil Diniyev, Rahin Heybətov, Samir Ələsov, Elgün Hüseynov.
Bakı. “İnter Arena”.
“Turan Tovuz” – “Şüvəlan” 1:0
Qol: İlkin Rzayev, 30.
Hakimlər: Rəhim Həsənov, Elman Kərimov, Pərvin Talıbov, Namiq Bəkirov.
Tovuz şəhər stadionu.
“Ağsu” – “Zaqatala” 0:1
Qol: Haqverdi Həsənov, 24.
Qırmızı vərəqə: Nurlan İsbəndiyarov, 54 (Ağsu). Haqverdi Həsənov, 69 (Zaqatala).
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Vüqar Bayramov, Nahid Xasıyev.
Ağsu şəhər stadionu.
MOİK – “Qaradağ Lökbatan” 1:2
Qol: Bəhruz Teymurov, 85-pen. – Ruslan Voronsov, 58. Əliqulu Manafov, 90.
Hakimlər: Elvin Əsgərov, Vüsal Qənbərov, Tural Bayramov, Alik Yunusov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
“Sabah” – “Binə” 5:0
Qol: İlqar Ələkbərov, 8. Mənsur Nəhavəndi, 15-avtoqol. Raul Yaqubzadə, 17. Emin Mehtiyev, 62. Artyom Zabun, 85.
Qırmızı vərəqə: Məqsum Qənbərli, 90+2.
Hakimlər: Ömər Paşayev, Məmmədəli Kərimov, Elxan Əsgərzadə, Elxan Müslümov.
Binə qəsəbə stadionu.
| 1 | Qaradağ Lökbatan | 19 | 13 | 2 | 4 | 35-18 | 41 |
| 2 | Şüvəlan | 19 | 9 | 3 | 7 | 20-16 | 30 |
| 3 | Binə | 19 | 9 | 3 | 7 | 26-21 | 30 |
| 4 | Xəzər | 19 | 8 | 5 | 6 | 22-11 | 29 |
| 5 | MOİK | 19 | 9 | 2 | 8 | 26-23 | 29 |
| 6 | Turan Tovuz | 19 | 8 | 4 | 7 | 27-24 | 28 |
| 7 | Sabah | 19 | 7 | 5 | 7 | 25-27 | 26 |
| 8 | Mil-Muğan | 19 | 6 | 3 | 10 | 27-40 | 21 |
| 9 | Ağsu | 19 | 6 | 3 | 10 | 18-31 | 21 |
| 10 | Zaqatala | 19 | 4 | 2 | 13 | 16-31 | 14 |
|
Sabir Allahquliyev ("Qaradağ Lökbatan") - 9 qol
|
|||||||

